reklam
Regionxeberlericom.az » Sosial » Metsamor ləğv edilməlidir! –“Dünya AES-ə qarşıdır”

reklam

Metsamor ləğv edilməlidir! –“Dünya AES-ə qarşıdır”



AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi “İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri” mövzusunda onlayn elmi-texniki konfransda iştirak edib. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın sədrliyi ilə keçirilən konfransda AMEA-nın akademik katibi, akademik Adil Qəribov, AzMİU-nun əməkdaşları və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Qarabağda su anbarları, filiz yataqları və dövlət əhəmiyyətli iri qurğular tikiləcək ərazilərdə ekoloji-seysmik risklərin kompleks geofiziki-seysmoloji üsullarla tədqiqatı” mövzusunda məruzə edib.

RSXM-nin baş direktoru deyib ki, doğma Vətənimizin gözəl guşələrindən biri olan Qarabağ 30 ilə yaxın həsrətdən, nisgildən sonra öz azadlığına qovuşub. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad edib. 30 ilə yaxın davam edən işğal, orada erməni vandalları tərəfindən törədilən talanlar, vəhşiliklər, kəndlərin, şəhərlərin viran qoyulması dünyada görünməmiş mənzərəni yaradıb.

Dünyanın ən dəhşətli müharibə regionlarında belə dağıntı görünməyib, ən güclü zəlzələlər belə, bu cür dağıntı yaratmayıb. RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli konfrans iştirakçılarının diqqətinə regionun ən böyük real təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyası haqqında fikirlərini də çatdırıb.

O, bildirib ki, Ermənistan ərazisində İrəvan şəhərinin və “Metsamor” AES-in yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir. Bu qırılma zonasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. Bu isə “Metsamor” AES-in seysmiklik baxımından çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu göstərir.

Politoloq Qabil Hüseynli “Sherg.az”a açıqlamasında məsələ haqqında fikirlərini bölüşdü:

“Azərbaycan və Türkiyə bu barədə narahatlığını bildirib və müvafiq qurumlara müraciət edib. Həmin müraciətlərin nəticəsi olub. Belə ki, “Metsamor” AES-in fəaliyyəti 141 gün müddətinə dayandırılıb. Hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbərliyi və nəzarəti altında obyektdə təmir işləri gedir. Ən təhlükəli məqam reaktorlarla bağlıdır. Ya minimum təhlükəli reaktorlardan istifadə edilməsi şərtilə AES yenilənməli, ya da ümumiyyətlə, ləğv edilməlidir. Dünya AES-ə qarşıdır”.


Paylaş:


Müəllif : Tarix:
21-05-2021, 17:10
Sikayət   


loading...
Загрузка...