Şəkiliyev vətəndaşın haqqına necə girib... - GİLEY
Qax.org.az portalı xəbər verir ki, Qax rayonu Qıpçaq Bələdiyyəsinin sabiq sədr müavini, Qax rayonu Qıpçaq kənd sakini Azər Abdullayev özünün Facebook sosial şəbəkəsində icra başçısı Musa Şəkiliyevə və Qıpçaq bələdiyyə sədri Aydın Qurbanova qarşı sərt ittihamlar səsləndirib. Azər Abdullayevin sözlərinə görə, onların ailələrinə məxsus 40 sot rəsmi sənədi olan və 68 sot sənədi olmayan torpaq ərazisi icra başçısı Musa Şəkiliyevin göstərişi ilə əllərindən alınıb.
Belə ki, 2018-ci ildə Qıpçaq Bələdiyyəsinin sədri olmuş Aydın Qurbanov icra başçısının göstərişi ilə həmin 15 hektar ərazini saxta yolla hazırlanmış 50 illik icazə müqaviləsi ilə Bakı şəhəri sakini Elnur Məmmədova satıblar. Həmin ərazidə qanuni çıxarışllı dövlət aktı olan və vətəndaşlar Əkrəm Abdullayev, Tərlan Bayramov və Adilə Abdullayevaya məxsus ərazilər faktiki olaraq, Elnur Məmmədovun istifadəsinə verilib.
Bu barədə Adilə Abdullayeva Qax rayonu İcra Hakimiyyətinə gedərək, icra başçısı Musa Şəkiliyevin qəbuluna düşsə də, icra başçısı qadını təhqir edərək otağından qovmuşdur.
Məsələ ilə bağlı dəfələrlə etiraz etmək istəsə də, Azər Abdullayevi şantaj və hədə-qorxu ilə susdurmağa çalışıblar və onun əleyhinə 20 nəfər Qax sakininin şikayət ərizəsi olduğunu və torpaq məsələsi barədə danışacağı təqdirdə, həmin şikayət ərizəsini prokurorluq orqanlarına göndərəcklərini və Azər Abdullayevi həbs etdirəcəklərini bildiriblər. Bütün bu təqiblərdən canını qurtarmaq üçün Azər Abdullayev hazırda Bakı şəhərinə yerləşmək məcburiyətində qalıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2020, 15:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-06-2020, 15:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:57
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Bu gün, 10:09
AĞCABƏDİNİN İLLƏRDİR QAZSIZ QALAN 3 KƏNDİ… - Dəfələrlə gətirib bu kəndlərə qaz boruları töküblər, sonra yığışdırıb aparıblar / Şikayət
Bu gün, 08:43
Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
Dünən, 14:12
Şərurlu İsfəndiyar: “Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam”
Dünən, 11:27