Vəkillər üçün məcburi dövlət sosial sığorta haqqı 2 dəfə azaldılır
“Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər indiyə qədər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilərsə, qanuna dəyişiklikdən sonra xərclər çıxılmaqla, cəmi gəlirlərinin 10 % faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər”.
Bunu APA-ya açıqlamasında “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikləri şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
M. Quliyev deyib ki, bu, çox ciddi dəyişiklikdir.
Qeyd edək ki, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üçün məcburi dövlət sosial sığorta haqqı azaldılır. Qüvvədə olan qanuna görə, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üçün məcburi dövlət sosial sığorta haqqı gəlirlərinin 20 faizi miqdarında müəyyənləşdirilib. Layihədə Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üçün məcburi dövlət sosial sığorta haqqı gəlirlərinin 20 faizi miqdarında deyil, 10 faizi miqdarında müəyyənləşdirilməsi təklif olunur.
Xatırladaq ki, qanun layihəsi aprelin 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-04-2020, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-04-2020, 13:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO