reklam
Regionxeberlericom.az » Sosial » Sahil Babayevlə bağlı ŞOK İDDİA - Mənzillər nazirin mərhum atasının iş yoldaşlarına verilir

reklam

Sahil Babayevlə bağlı ŞOK İDDİA - Mənzillər nazirin mərhum atasının iş yoldaşlarına verilir


"Hökumətin sosial siyasətini həyata keçirməli olan ƏƏSMN yanında DSMF-in əslində əhalinin sosial müdafiəsinə ayrılan vəsaitləri mənimsəməsi hazırkı koronavirus epidemiyası dövründə daha qabarıq nəzərə çarpır. Evdə qalmağa məcbur olan ailələrin sosial təminatları son günlərdə yox, indiyədək nəzərdə tutulmalı idi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Təkcə hökumətin virusdan müdafiəsinə ayırdığı vəsait bəs deyil axı! Bəs DSMF-in özünün ehtiyatındakı vəsait hanı? Tutaq ki, heç fövqəladə heç nə olmayıb. Ehtiyacı olan aztəminatlı ailələrə yardım verilməsini hökumət təmin etməli deyil? Təəssüf ki, bu məqsədlə büdcədən hər il ayrılan vəsait də DSMF-in sosial xidmətçiləri tərəfindən yeyilir. Elə belə sosial yeyintinin nəticəsidir ki, Qarabağ əlili nə özünün, nə də xəstə uşağının müalicəsinə illərdir pul tapa bilmir, məcbur olub kredit-borc götürür və aldığı pensiyasının da üstünə prezident təqaüdünü əlavə edib borcun bir qismini ödəyir. Belə ödəmə isə bankı razı salmır və olmayan əmlakına əl qoyulur. Elə əlillər var ki, evlərini satıb sosial ehtiyaclarına, borclara verirlər. Sosial müdafiəyə cavabdeh olan ƏƏSMN isə qapılarını bərk-bərk bağlayıb özünü görməmişliyə qoyur.

Evdən söz düşmüşkən mənzillə təminatda da qanun, ədalət prinsipləri yox, rüşvət, korrupsiya, tanışlıq əsas götürülür. 3 ay qabaq Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin qanunsuz bölgüsü bunu sübut edir. Hətta bir neçə nəfər nazir Sahil Babayevin mərhum atası Rafiq Babayev ilə “OVİR”də işləyən şəxslərdir. Belə məlum olur ki, Sahil Babayev nazirliyi özünün dost -tanışları, nazirliyin tikdiyi evləri atasının dost-tanışları ilə doldurur? Bu cür sosial siyasət ilə hökumətin etimadını doğrultmaq olarmı?

Ünvanlı sosial yardımların təyin edilməsində , əlillik dərəcələrinin verilməsində əməlli-başlı korrupsiya hökm sürür. Yardım istəyənə qanunda, qərarda, əsasnamədə nəzərdə tutulmayan elə “əsasla” imtina edilir ki , əlin üzündə qalır. 6 yaşlı uşağın on il müddətinə etibarlı olan şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi bildirilir , işsiz statusu olan şəxsin iş yeri haqqında məlumat vermədiyini bəhanə edib yardımı vermirlər.

Əlillik dərəcəsinin təyin edilməsindən imtinalar daha “bəhanəlidir” . Hətta iki qıçı da kəsilən şikəst göndərişinin düzgün tərtib edilməməsi “əsası” ilə əlilliyə görə dövlət himayəsindən məhrum edilir!"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Paylaş:


Müəllif : Tarix:
15-04-2020, 13:25
Sikayət   


loading...
Загрузка...