Nazirlik Eldar Sabiroğlunu məhkəməyə verdi - Səbəb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunu məhkəməyə verib.
“Yenisabah”ın məlumatına görə, aprel ayının 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Həsənovun sədrliyi ilə Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin şikayətinə baxılacaq.
Belə ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi Səfərov Eldar Sabir oğlu pensiyasının yenidən hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib və cavabdeh qismində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tanınıb. Fevral ayının 28-də isə məhkəmə Eldar Sabiroğlunun xeyrinə qərar çıxarıb. Bundan sonra fond apellyasiya şikayəti verib.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-03-2020, 11:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-03-2020, 11:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT