Azərbaycan polisindən qadağalarla bağlı daha bir xəbərdarlıq

Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən 2020-ci il 14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.
Yeni Sabah xəbər verir ki, Daxili İşlər Nazirliyinin bu haqda yaydığı açıqlamada bildirilir ki, konkret olaraq, bir ay müddətində kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilib, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyulub.
“Qeyd edilməlidir ki, tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlər dəstəklənir.
Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 21.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərmişlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə həmin obyektlərin fəaliyyəti dayandırılmış, onların sahiblərinə bu məkanlar üçün müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyi izah edilmişdir.
Vətəndaşlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icrası tələb olunur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2020, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-03-2020, 15:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO