reklam
Regionxeberlericom.az » Mədəniyyət » Bəsdir, ona-buna lağ etdiniz - Büləntə oxşayan Ruhəngiz

reklam

Bəsdir, ona-buna lağ etdiniz - Büləntə oxşayan Ruhəngiz
















"Məni Bülənt Ərsoya bənzədirlər. Onun sənəti mənimkindən böyükdür. Ola bilər ki, bir az şişmişəm, ona görə məni Büləntə oxşadırlar". 

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib. 

Sənətçi sosial şəbəkə əhlinin məşhurları atdıqları addımlara görə tənqid və təhqir etmələrini pisləyib: 

"Azərbaycanın gözəl insanları, bəsdirin, sənətkarları ortaya qoyub, qəlblərinə dəydiniz. Onlar sizin toylarınızda şənlik, müsbət enerji bəxş edirlər. Sosial şəbəkədə izləyicilər həkimindən tutmuş müğənniyə kimi hamını yıxıb sürüyürlər. Sizin nə ixtiyarınız var ki, bizim kimi sənətçilərin xətrinə dəyəsiniz? Onlar öz nəslindəkiləri analiz etsələr, görərlər ki, öz zibilləri hamıdan çoxdur. Hər kəs özünə cavabdehdir. Bəsdirin, ona-buna lağ etdiniz". 




Paylaş:


Müəllif : Tarix:
14-11-2023, 14:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər