reklam
Regionxeberlericom.az » Mədəniyyət » "Ayaz Salayevin filmində çəkilməyim böyük səhv idi..." - Rasim Balayev

reklam

"Ayaz Salayevin filmində çəkilməyim böyük səhv idi..." - Rasim Balayev


“Şeyx Əbdül ömründə düz söz danışmayıb. Onun nəfəsi yalanla gedib gəlir. Ayaz Salayev də bizim millətdən deyil, xaçpərəst adamdır. Ayaz Salayevin filmində çəkildiyimə görə peşmanam. Bu, böyük səhv idi”.


Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib. O, Ayaz Salayevin və Əbdül Mahmudbəyovun mətbuatda onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib:


“Guya onlar kinonu düzəltmişdilər, mən gəlib parçaladım. Guya bunlar elə böyük işlər ortaya qoyubmuşlar ki, mən gələndən sonra hər şey dağıldı, parçalandı. Kino adamları arasında fikir ayrılığı məhz ikinci kino ittifaq yarananda başladı. Onun da başında kim dururdu, hamınız bilirsiniz. Bütün bu söz söhbətlər hamısı paxıllıqdan yaranıb.


Mən sədr seçiləndə də dedim ki, bir ölkədə iki kino ittifaq ola bilməz. Bütün ölkələrdə bir kino ittifaq var. Mən demək istəmirəm ki, bir kino ittifaq olsun, ora öz namizədliyi verim. Əlini, Vəlini bir sözlə kimi istəyirlərsə seçsinlər, amma bir kino ittifaq olmalıdır".


Qeyd edək ki, kinorejissorlar Ayaz Salayev və Əbdül Mahmudbəyomətbuata açıqlamasında bildirmişdi ki, Rasim Balayevin ittifaqa sədr seçilməsi kino aləminin parçalanmasına səbəb olub.




Paylaş:


Müəllif : Tarix:
13-06-2022, 16:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər