AzTV-də qalmaqal - Aparıcının verilişi yayımdan çıxarıldı
AzTV-də yayımlanan "Palitra ART" verilişinin yayımı dayandırılıb.
regionxeberlericom.az xəbər verir ki, proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib. İlhamqızı verilişinin yayımının dayandırılması
ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib:
"Bir aydır ki, verilişim dayandırılıb. Səbəbini demirlər, belə məsləhət görülüb. Mənim üçün də bu məsələ qaranlıqdır. Hələ bilinmir tamam dayanıb, yoxsa, yeni mövsümdə davam edəcək. Amma kanaldakı fəaliyyətim davam edir".
A. İlhamqızı yeni yaradılan kreativ şöbədən də şikayət edib:
"Bu şöbəyə qeyri-peşəkar bir insan rəhbərlik edir. Təbii ki, proqramımın bağlanmasına səbəb onlar oldu. Professionallıq göstərmədilər. Orada oturan qeyri-peşəkar insanlar bizim kimi peşəkarlara meydan oxuyur. 8 ildir AzTV-də çalışıram. 50-yə yaxın müxtəlif mövzularda sənədli film çəkmişəm. Kreativ şöbənin müdiri Nazilə Babayevanın isə incəsənətdən anlayışı belə yoxdur. O insandan nə gözləmək olar?".
Əldə etdiyimiz məlumata görə, Kreativ şöbənin üzvləri aparıcılardan yeni proqramlar çəkməyi və verilişləri ilk onlara göstərməyi tələb edib.
Qeyd edək ki, aparıcı Nəsib Nurun da AzTV-də yayımlanan "Anşlaq" proqramı dayandırılıb. Onun lentə aldığı altıya yaxın veriliş efirə verilməyib. Həmin proqramlarda isə Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Yaqub Zurufçu kimi ifaçılar yer alıblar.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-06-2019, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-06-2019, 10:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO