reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycandan Rusiyaya daha 18 ton yumurta ixrac edildi

reklam

Azərbaycandan Rusiyaya daha 18 ton yumurta ixrac edildi


















Azərbaycandan Rusiyaya toyuq yumurtasının növbəti partiyası idxal edilib.

Bu barədə “Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti) məlumat yayıb.

Bildirilib ki, yanvarın 22-nə olan məlumata əsasən Rusiya Federasiyası Azərbaycandan ümumilikdə 3,3 milyon yumurta alıb.

“Yanvarın 21-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya sonrakı satış üçün 18 ton (306 min ədəd) həcmində daha bir partiya yumurta gətirilib”, - məlumatda deyilir.

“Rosstat”ın məlumatına görə, 2023-cü ilin dekabrında Rusiyada toyuq yumurtası 2022-ci ilin eyni dövrü ilə müqayisədə 61,35% bahalaşıb. Eyni zamanda, 2024-cü il yanvarın 10-dan 15-dək onların qiymətləri əvvəlki həftə ilə müqayisədə - 2023-cü ilin iyun ayından bəri ilk dəfə olaraq 0,2% ucuzlaşıb.




Paylaş:


Müəllif : Tarix:
22-01-2024, 14:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər