reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Yoxsulluqdan və işsizlikdən çıxış yolu: Sosial müavinət verilməlidir - AKTUAL

reklam

Yoxsulluqdan və işsizlikdən çıxış yolu: Sosial müavinət verilməlidir - AKTUAL


















Ölkədə əhalinin sosial müavinət və ünvanlı sosial yardımla təmin edilməsi ehtiyacı olan şəxslər üçün mühüm əhəmiyyət kəsb edir.

Sosial müavinətlər qanunvericilikdə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Müavinətlər aylıq və birdəfəlik olmaqla iki qrupa ayrılır. Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

2006-cı ildən Azərbaycanda ünvanlı sosial yardımların tədbiqi ilə bağlı uşaqlara aylıq müavinətlərin verilməsi dayandırılıb. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin süverenliyi, ərazi bütövlüyü uğurunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər.

Habelə, çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar da buraya daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.

Qeyd edək ki, bir neçə il öncə ölkədə bəzi imkansız ailələr məhz ünvanlı sosial yardımla dolanmaq məcburiyyətində idi. Eyni zamanda uzun müddət müzakirələrə səbəb olmasına baxmayaraq, ailələrə “uşaq pulu” da verilmir.

Beləliklə, bu gün də işsiz, maddi imkanları olmayan ailələr var. Ancaq bununla yanaşı bəzən Azərbaycan kimi milli sərvətləri olan ölkənin əhalisinin sosial müavinət, ünvanlı sosial yardım almasının xalqımızla bağlı yaxşı təəssürat yaratmadığını deyənlər də var.

Doğurdanmı ökə əhalisinin sosial müavinət, ünvanlı sosial yardım, “uşaq pulu”na ehtiyacı yoxdur?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, əslində praktikaya görə, resurs bolluğu olan ölkələrdə gəlirlərin formalaşması çoxmarjinal qruplar tərəfindən yaradılır:

“Bildirim ki, Azərbaycanda neft sektorunda çalışan əhalinin sayı 35-40 min nəfərdir. Halbuki ölkədə məşğul əhali 5 milyondur. Yəni bu 40 min nəfər iqtisadiyyatın 36-50 faizini formalaşdırır. Ancaq digər sahələrdə mənfəət norması çox aşağıdır.

O resursun gəlirlərinin ədalətli bölünməsi, təkrar bölüşdürülməsi mexanizmləri vasitəsilə onun paylanması üçün əslində sosial müdafiə mexanizmləri qurulur və lazımdır. Əks halda bu resursun gəlirlərini paylamaq olmaz.

Başqa bir məsələdir ki, iqtisadiyyatın paralel olaraq inkişaf etdirilməsi ölkədə həm biznes imkanlarının genişlənməsinə, həm də iş yerlərinin yaradılmasına şərait yaratmaqla ünvanlı sosial yardım kimi dəstəkləyici mexanizmlərə tələbləri aşağı sala bilərdi.

Resursları bol olan ölkələrdə iqtisadiyyatlar, xüsusilə də bizim kimi ölkələrdə adətən iqtisadiyyatlar inkişaf etdirilmir. Hökumətlər bunda o qədər də maraqlı olmurlar, səylər göstərmirlər və son nəticədə belə bir mənzərə ortaya çıxır”.




Paylaş:


Müəllif : Tarix:
12-09-2023, 08:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər