reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Əmanətlərin tam sığortası ləğv ediləcək – PULU OLANLAR NƏ ETSİN

reklam

Əmanətlərin tam sığortası ləğv ediləcək – PULU OLANLAR NƏ ETSİN


Azərbaycanda əmanətlərin 3 aydan sonra 4 mart 2020-ci il tarixində tam sığortalanması ləğv olunacaq.

regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov əmanətlərin sığortalanması ilə bağlı yaranacaq vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Ötən il bu sistemin müddəti 1 il də uzadıldı, yəni 2020-cilin 4 martınadək. Bu sistemə əsasən fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 10%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 2,5%-dən çox deyil.

“4 mart 2020-ci il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək? “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2020-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək. Misal. Tutaq ki, vətəndaş 2019-cu ilin 1 avqust tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 10%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2020-ci il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2020-ci ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək. Qanunun müddəti yenə uzadılacaqmı? Ehtiml aşağıdır. Çünki parlament buraxılmaq üzrədir. Milli Məclisin yeni tərkibi yəqin ki, 4 martdan sonra ilk iclasına toplaşacaq”- ”deyə Əkrəm Həsənov bildirib.

Bəs bu zamana əmanətçilər nə edə bilər?

Əkrəm Həsənovun sözlərinə görə, əmanətçilər bankda yalnız 30000 manat həddində əmanət saxlaya bilərlər. Yəni artıq məbləği çıxara bilərlər. Bu məntiqlə əmanətlərinin məbləğini bölüşdürə də bilərlər. Yəni elə edə bilərlər ki, bir nəfərin adına bir bankda 30000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölə (hər bankda maksimum 30000 manat), ya da bir bankda qohumları arasında bölə (hər qohumun adına maksimum 30000 manat) bilərlər. Əmanətlərini (məbləğindən asılı olmayaraq) daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklarda saxlaya bilərlər. Amma həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır.


Paylaş:


Müəllif : Tarix:
4-12-2019, 10:11
Sikayət   


loading...
Загрузка...