Azərbaycanın 3 qat dünya çempionu peşəkar boksa keçib

Boks üzrə kişilərdən ibarət Azərbaycan millisi Rusiyanın Yekaterinburq şəhərində sentyabrın 8-də start götürəcək dünya çempionatına yüksək əhval-ruhiyyədə hazırlaşır.
regionxeberlericom.az-un "Report"a istinadən məlumatına görə, bunu yığmanın baş məşqçisi Nəriman Abdullayev federasiyanın rəsmi saytına açıqlamasında deyib. Təcrübəli mütəxəssis bildirib ki, "Minsk 2019" II Avropa Oyunlarında sonra komandaya verilmiş istirahət başa çatıb: "Artıq müəyyən vaxtdır məşqlərə başlamışıq. Əsas heyətlə yanaşı, 2 nömrələr də hazırlığa qatılıblar. Bu da ondan irəli gəlir ki, toplanışda bir-birinə kömək etsinlər. Hazırlıq yüksək səviyyədə gedir və əhval-ruhiyyə qaydasındadır. Toplanış plana uyğun davam edir. Bunun üçün federasiya tərəfindən hər bir şərait yaradılıb. Boksçular dünya çempionatına yollanacaq heyətə düşmək üçün var gücləri ilə çalışırlar”.
Baş məşqçi sayca XX mundialın digərlərindən fərqlənəcəyi qənaətindədir. Onun sözlərinə görə, çəki dərəcələri 8-ə endirildiyindən mübarizə daha gərgin keçəcək: “Bu dəfə cəmi 8 dəst medal öz sahibini tapacaq. Çəki dərəcələrinin azalması mübarizəni daha da gərginləşdirəcək. Hər çəkidə 30-dan çox boksçunun olacağı gözlənilir”.
Yarışa yollanacaq heyəti son günlərdə müəyyənləşdirəcəyini deyən N.Abdullayev bir neçə aparıcı boksçunun dünya çempionatından kənar qalacağını da söyləyib: “Komandanın hazırkı durumu yaxşıdır. Amma mundialda hər çəkidə liderlə təmsil oluna bilməyəcəyik. Əsas heyət üzvlərinin bir neçəsi zədə və xəstəlik səbəbindən dünya çempionatından kənar qalacaqlar. Bunların sırasında dünya çempionu Cavid Çələbiyev və olimpiya mükafatçısı Kamran Şahsuvarlı da var. Həmçinin, üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov da bizimlə olmayacaq. O, karyerasını peşəkar boksda davam etdirəcək. Artıq müqavilə də bağlayıb. Söhbət edib, uğurlar arzuladıq”.
İtkilərə baxmayaraq, baş məşqçi yarışa nikbin baxır. O bildirib ki, boksçularımız həmişə olduğu kimi, yenə yüksək yerlər uğrunda mübarizə aparacaq: “Məqsədimiz bacardığımızın ən yaxşısını etməkdir. İnanıram ki, yarış milli üçün uğurlu alınacaq”.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 21-dək davam edəcək. Məhəmmədrəsul Məcidov Avropa çempionluğu və 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-08-2019, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-08-2019, 14:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12
2-09-2025, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə