reklam
Regionxeberlericom.az » İdman » Dünya çempionatının bürünc mükafatının sahibi bəlli olur

reklam

Dünya çempionatının bürünc mükafatının sahibi bəlli olur

















Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün bürünc mükafatçı bəlli olacaq.

Uçüncü yer uğrunda görüşdə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər.

"Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İki kollektiv mundialda eyni qrupda yer alıblar. F qrupunu Afrika təmsilçisi 7 xalla birinci, Xorvatiya isə 5 xalla ikinci pillədə tamamlayaraq, pley-off mərhələsinə adlayıblar. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.

Mərakeş seçməsi tarixində ilk dəfə mundialda üçüncü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.




Paylaş:


Müəllif : Tarix:
17-12-2022, 09:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər