Qaradağda it parçalayan uşağın vəziyyəti açıqlandı

Qaradağ rayonunda it parçalayan 9 yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.
O, uşağın vəziyyətində müsbətə doğru dəyişikliklərin olduğunu deyib: “Onun vəziyyətində müsbət dinamika müşahidə olunur. Hazırda müalicəsi palata şəraitində davam etdirilir”.
Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. İtlərin hücumuna məruz qalan 9 yaşlı uşaq təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən uşağa tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2024, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb