Azərbaycanda ölü at və eşşək əti satan tutuldu - VİDEO
Mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə keçirdiyi tədbirlərlə 33 yaşlı Hüseynov Orxan Cabbar oğlunun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib.
Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib.
Şübhəli bilinən şəxsin Bərdə rayonu Kəngərli qəsəbəsində yerləşən həyətyanı sahəsindən və saxlanc yerindən 2 tondan çox at və ulaq əti aşkarlanıb. Təyin olunan müvafiq ekspertizalar zamanı maddi sübut kimi götürülən həmin ət nümunələrinin qidaya tam yararsız və insan sağlamlığı üçün təhlükəli olması sübuta yetirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-03-2024, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb