Əfv edilən keçmiş döyüşçü 2 nəfəri vəhşicəsinə öldürdü
Yakutiya Respublikasında Rusiya Silahlı Qüvvələrinin əfv edilmiş keçmiş üzvü 2 nəfəri vəhşicəsinə öldürməkdə şübhəli bilinir.
Lent.az mediası bildirir ki, hadisə fevralın 24-nə keçən gecə Suntar rayonunun Kütanə kəndində baş verib. 35 yaşlı kişi fərdi evdə 34 yaşlı tanışı ilə spirtli içki qəbul edərkən yaranan münaqişə zamanı onun başına metal lomla zərbə endirib. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bundan sonra o, 64 yaşlı qadının şəxsi evinə gedib və köhnə şikayətləri əsasında onun başına balta ilə vurub. Nəticədə qadın da ölüb. Daha sonra təcavüzkar evi yandırıb qaçmağa çalışsa da, o, saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Qətlə yetirilən qadının qızı bildirib ki, şübhəli şəxs əvvəllər üç dəfə məhkum olunub. Sonuncu dəfə 2020-ci ildə vəhşicəsinə qətlə görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü ildə xidmətə gedib, sonra doğma kəndinə qayıdıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-02-2024, 16:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb