Bakıda narkotiki təbliğ edənlər tutuldu - TƏFƏRRÜATLAR
Bakıda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 25 yaşlı İ.E, 22 yaşlı C.E, 20 yaşlı Ə.Ə və 21 yaşlı A.H saxlanılıblar. Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər.
Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.
DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcək.
“Telegram” platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2024, 14:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO