Azərbaycanlılarla tacikistanlı arasında KÜTLƏVİ DAVA: həmyerlimiz bıçaqlandı
Sankt-Peterburqda anbarda yanğından sonra təhlükəsizlik kameralarında yoxlamalar aparılıb. Nəticədə yanvarın 10-dan 11-ə keçən gecə ərazidə bıçaqlanma hadisəsi olması da üzə çıxıb.
“Baza” teleqram kanalı bildirir ki, yanvarın 11-nə keçən gecə Moskva magistralından bir qədər aralıda, “Wildberries” anbarının ərazisində kütləvi dava baş verib. Miqrant taksi sürücüləri anbarın yaxınlığında boşluq üstündə mübahisə edib. Belə ki, tacikistanlı taksi sürücüsü anbarın yaxınlığında durmaq istəyib. Lakin azərbaycanlı sürücülər ona rədd cavabı verərək, buranın onlara aid olduğunu deyiblər.
Nəticədə Tacikistan vətəndaşı azərbaycanlılardan birinə bir neçə bıçaq zərbəsi vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, təcavüzkar da xəstəxanaya gedib.
Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Dava iştirakçıları nəzarət altına alınıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Peterburqun Puşkinski rayonunda Şuşarıda “Wildberries” anbar kompleksi yanıb. İnsanlar təxliyə edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2024, 15:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT