Sabunçuda avtomobildən 32 kilo narkotik çıxdı -VİDEO
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı 32 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Regionxeberlericom.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Bu istiqamətdə Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş paytaxt sakini Zaur Hacıyev və tanışı Bəhruz Cəbiyev saxlanılıblar. Onların üzərindən və B.Cəbiyevin idarə etdiyi avtomobildən ümumilikdə 32 kiloqram, o cümlədən 26 kiloqram heroin və 6 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Cəlilabad rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-01-2024, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT