Narkotik əməliyyatında bacı-qardaş həbs edildi - Foto

Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupu xəbər verir ki, Quba RPŞ-nin keçirdiyi tədbirlərlə narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 4 nəfər saxlanılıb.
Bunlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.
Həmin şəxslər qrup şəklində Quba rayonuna - əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da, daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Məlumata görə, O.Əsədullayevlə Ə.Əsədullayeva bacı-qardaşdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-12-2023, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT