Dərman adı altında ölümcül preparat aşkarlandı
Son aylar ərzində Oslo Gömrük terminallarında nitazen preparatının müsadirə edilməsi hallarının sayı artıb. Bu dərman morfin və heroindən 1000 dəfə güclüdür və hətta ən kiçik dozalarda da ölümcül ola bilər.
Norveçdə gömrük əməkdaşlarının ələ keçirdiyi bağlamalar Almaniya və Niderlanddan göndərilsə də, bu preparat əsasən Hindistan və Çində istehsal olunur.
"Bu maddələr həyat üçün təhlükəlidir. Biz heç vaxt bu maddəni indiki qədər çox müsadirə etməmişik", –deyə Norveç Gömrük İdarəsinin rəhbəri Sondre Hammerstad bildirib.
Məlumata əsasən, İsveç gömrük xidməti hətta bir dəfə başqa bir preparat adı altında təqdim edilən narkotik maddə ələ keçirib. Bu il nitazen Norveçdə və İsveçdə narkotik maddə kimi təsnif edilib.
Gömrükdən bildirildiyinə görə, preparat İsveçdə də aşkar edilsə də, Norveçdəki qədər külli miqdarda müsadirə edilmə halı qeydə alınmayıb. Ümumilikdə, 2019-cu ildən bəri İsveçdə doqquz nitazen partiyası müsadirə edilib, bu hallardan üçü bu il baş verib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-11-2023, 08:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT