8-ci kilometr bazarı Akif Çovdarovdan alındı
Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.
Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, A.Çovdarovun 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə edilib.
Xatırladaq ki, A.Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.
Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.
2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-09-2023, 19:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO