Azərbaycanda insan alverçisi cəzasından narazı qaldı, daha da artırıldı
Azərbaycanda insan alverçisinə verilən cəza artırılıb.
Məsdan Dadaşova qadınları aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etdiyinə görə saxlanılıb. Barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aşkar edilən cinsi istismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 (İnsan alveri) maddələri ilə cinayət işi başlanılıb, M.Dadaşovaya həmin maddələrlə ittiham elan edilərək iş baxılması üçün məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə M.Dadaşovanın əməlləri sübuta yetirilərək ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayəti verərək hökmün ləğv edilməsini, dövlət ittihamçısı isə apelyasiya protesti verərək Cinayət Məcəlləsinin 62-ci maddəsinin (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsinə dair müddəaların hökmdən çıxarılmasını xahiş edib.
Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü ilə M.Dadaşovaya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.3-1-ci maddələri ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-05-2023, 16:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT