reklam
Regionxeberlericom.az » Hadisə » Sabunçuda əməliyyatlar keçirildi, 49 nəfər saxlanıldı – Video

reklam

Sabunçuda əməliyyatlar keçirildi, 49 nəfər saxlanıldı – Video















Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.




Paylaş:


Müəllif : Tarix:
4-02-2023, 16:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər