DSX-nin əsgəri qəfil vəfat etdi

Dekabr ayının 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin rəyə əsasən hərbi qulluqçunun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.
Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-12-2022, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT