3 kq artıq marixuana, 1045 ədəd çətənə bitkisinin ştilləri və qanunsuz silah... - Sabirabad sakini ƏLƏ KEÇDİ
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Suqovuşan kənd sakini, əvvəllər məhkum olunmuş Zahid Yadigarov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı 132 ədəd kibrit qutusunda və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 3 kiloqram 112 qram olan marixuana, dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 1045 ədəd çətənə kollarının ştilləri, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Z.Yadigarov cinayət əməlinin səmimi etiraf edib.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2022, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO