Azərbaycanlı rejissorlar Connect TV-ni - MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan Professional Kinorejissorlar Gildiyası (APKG) kabel televiziyası olan Connect MMC-ni məhkəməyə verib.
regionxeberlericom.az xəbər verir ki, TED.az-ın məlumatına görə, tərəflər arasında artıq iki ildən çoxdur davam edən narazılığın səbəbi Connect televiziyasında yayımlanan retroslyasiya yolu ilə yayımlanan audiovizual əsərlərdir-filmlərdir.
İddiaya görə, Connect MMC fəaliyyətə başladığı dövrdən Kinorejissorlar Gildiyasının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə baxmayaraq audiovizual əsərlərin istifadəsinin hüquqi əsaslarını yaratmadan - yəni Professional Kinorejissorlar Gildiyası ilə müqavilə bağlamadan və müəllif qonorarı ödəmədən qanuna zidd olaraq həyata keçirir.
Professional Kinorejissorlar Gildiyası Connect MMC-yə 2015-ci ildən başlayaraq müxtəlif tarixlərdə dəfələrlə məktub göndərərək göstərilən audiovizual əsərlərin retranslyasiyasının hüquqi əsaslarını yaratmaq məqsədilə onlarla lisenziya müqaviləsi bağlanmasını təklif etsə də, televiziya bunların heç birinə cavab verməyib.
Nəticədə gildiya televiziyanı aşağıdakı iddia və tələblərlə məhkəməyə verib:
1. Professional Kinorejissorlar Gildiyası ilə müqavilə bağlananadək Connect MMC tərəfindən TV kanalların retranslyasiyanın həyata keçirilməsinin qadağan edilməsi barədə;
2. Kollektiv idarəçiliyi Professional Kinorejissorlar Gildiyası tərəfindən həyata keçirilən audiovizual əsərlərin qanunsuz retranslyasiyasını həyata keçirdiyinə görə 30.000 (otuz min) manat kompensasiyanın Connect MMC-dən tutularaq Professional Kinorejissorlar Gildiyasına ödənilməsi barədə;
3. İşgüzar nüfuza vurulmuş zərərə görə, Connect MMC-dən Professional Kinorejissorlar Gildiyasının xeyrinə 20.000 (iyirmi min) manat ödənməsi barədə qətnamə qəbul edilsin.
2018-ci ilin 19 fevral və 10 avqust tarixlərində keçirilən məhkəmələrdən sonra bu iddialar təmin edilmədiyindən APKG Apellyasiya məhkəməsinə müraciət edib. Bu ilin sentyabrının 18-də keçirilən son iclasda APKG-nin nümayəndəsi, vəkil Əkbər Bağırov, Connect MMC-nin vəkili Mahir Məmmədov və Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İqbal Əskərov, eləcə də tanınmış kino xadimləri iştirak ediblər.
Tərəflərin qarşılıqlı razılığa gəlməsi, işin daha dərindən araşdırılması məqsədi ilə məhkəmə prosesi oktyabrın 2-nə kimi təxirə salınıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-09-2019, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-09-2019, 11:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO