reklam
Regionxeberlericom.az » Gündəm » 4 deputat bələdiyyə sədri seçildi

reklam

4 deputat bələdiyyə sədri seçildi
















Xəbər verdiyimiz kimi, Türkiyədə dünən keçirilən bələdiyyə seçkiləri müxalif Cümhuriyyət Xalq Partiyasının qələbəsi ilə başa çatıb. Hakimiyyət əleyhdarı olan partiya seçicilərinin 37.74 faizinin səsini toplayaraq bütün rəqiblərini üstələyib. 

Martın 31-də keçirilən bələdiyyə seçkilərində namizədlər arasında 26 millət vəkili də olub. Onlar həm iqtidar, həm də müxalifət partiyalarını təmsil edib. 

Seçki marafonuna qatılan deputatlardan yalnız 4-ü - CHP Afyonkarahisar millət vəkili Burcu Köksal, Adıyamandan olan deputat Abdurrahman Tutdere, Kastamonu millət vəkili Hasan Baltacı və Kırıkkaleni parlamentdə təmsil edən Ahmet Önal bələdiyyə başqanı seçilib. Seçkidə qalib gələn deputatlar vəzifələrinin icrasına başladığı gün onların səlahiyyətlərinə xitam veriləcək. Bununla da CHP-nin Türkiyə Böyük Millət Məclisindəki deputatlarının sayı 129-dan 125-ə düşəcək. 






Paylaş:


Müəllif : Tarix:
1-04-2024, 14:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər