“Əsl müxalifət bizik - Milli Məclisdə təmsil olunanlar” - İDDİA

Azərbaycanda parlamentdə təmsil olunan partiyalarına münasibət birmənalı deyil. Əksəriyyət parlament partiyalarının müxalif düşüncələrdən tamamilə uzaqlaşdığını, aydın hiss ediləcək səviyyədə iqtidarmeyilli olduğunu düşünür. Belə fikirləri sosial şəbəkələrdə tez-tez yazır, cəmiyyətdə tez-tez səsləndiriləlr.
Modern.az-ın əməkdaşı bununla bağlı parlament partiyalarının rəhbərlərinin münasibətini öyrənib.
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa parlamentdə olan partiyaların iqtidar, yaxud müxalif mövqedə olmağı haqqında maraqlanmadığını deyir. O bildirib ki, sıravi insana belə diqqət etdikdə, iqtidar-müxalifət ayırımı etmək əvəzinə, ağıllı-ağılsız olmasına qiymət verir:
“Ona görə, hesab edirəm ki, ağılllı mövqedə olub, ölkəyə xeyir vermək lazımdır. Kimsə müxalifətçilikdən şərəf duyursa, qoy bu şərəfi yaşasın. Kiminsə öz şərəfi varsa, elə onu da daşıyacaq. Əsas odur ki, cəmiyyətin xeyrinə nə isə iş görə biləsən. Kimin məni necə adlandırmasının mənim üçün əhəmiyyəti yoxdur”.
F.Mustafanın sözlərinə görə, o insanlar ki, özlərini qəlibin içərisinə sığışdırırlar, onlar öz şəxsiyyətlərinə güvənmirlər:
“Ona görə də müxalifətçiyəm deyib, fəxr edirlər. Müxalifətçi olub da, ortaya maraqlı təklif qoymusanmı, bir ideyanın müəllifisənmi? Elə deyilsə, 30 il də bundan sonra “girələn”, nə olacaq? Ona görə, bu məsələlər müzakirə mövzusu deyil”.
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı müxalifəti bu cür xarakterizə edib:
“Müxalifət o deyil ki, küçələrə çıxsın, polisə daş atsın, yaşıllıqları tapdalasın, qarşısına çıxan hər şeyi məhv etsin, anarxist xarakterli addımlar atsın. Bu qüvvələrə dağıdıcı, anarxist düşüncəli qaragüruh deyirlər. Belə insanlar düşünür ki, müxalifət bu cür olmalıdır. Halbuki, yanlış fikirdir. Demokratik cəmiyyətdə iqtidar olduğu müddətcə müxalifət də olmalıdır və olması vacibdir. Bu müxalifət iqtidarın fəaliyyətini müşahidə edir, təhlil aparıb, konkret nəticələr çıxarır. Harada dövlətçiliyin inkişafına, xalqın rifahına xidmət edən uğurlar varsa, bunu etiraf edir. Bu etiraf iqtidarın yanında olmaq deyil. Əsl müxalifət iqtidarın fəaliyyətində çatışmayan nöqtələrin üzərində dayanıb, onun aradan qaldırılması yollarını da göstərir”.
F.Ağamalı əlavə edib ki, müxalifət cəmiyyətdə özünə müəyyən sosial baza formalaşdıra bilir:
“Sosial baza genişlənib, müəyyən səviyyəyə qalxırsa, partiya seçkilərdə iştirak edib, səs qazanır. Milli Məclisdə təmsil olunanlar əsl müxalifətdir, konstruktiv müxalifətdir. Parlamentdən kənarda qalan partiyalar arasında da konstruktiv mövqedə dayananlar var. Düşünürəm ki, onlar da öz işlərini daha yüksək səviyyədə qursalar, növbəti parlament seçkilərində xalqın etimadını qazanıb, parlamentdə təmsil oluna bilərlər”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli hesab edir ki, parlamentdəki müxalifət partiyalarını ittiham edilməsi sadəcə ortaya atılan subyektiv fikirlərdir:
“Biz Vəhdət Partiyası olaraq, əvvəldən elan etdiyimiz kursa sadiqik. Bu kurs ondan ibarətdir ki, ölkənin daxili və xarici strateji xəttini müdafiə edirik. Prezidentin stabillik və inkişaf planı ilə həmrəyik. Amma razılaşmadığımız məsələlərdə müxalifətik. Biz Azərbaycan xalqının Qarabağ problemindən tutmuş, pensiya, kredit məsələlərinə qədər hər mövzuda müxalif mövqeyimizi bildirmişik.
Keçmişdə danışıqla parlamentdə oturan indiki radikal müxalifət hər kəsin bu yolla parlamentdə təmsil olunduğunu sanır. Onlara demək lazımdır ki, siz çoxluq idiniz, danışdınız. 10 il parlamentdə oturdunuz, müxalifəti parçaladınız. 2003-cü il parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyası İsa Qəmbəri müdafiə etmədi. Müsavat onları düşmən elan etdi. Sonradan Müsavat parlament partiyası olanda AXCP ona qarşı kampaniyaya başladı. Həmin vəziyyət indi də gedir. Kim nə deyir desin, kiminsə səsini oğurlamamışam. Heç bir saxtakarlığa ehtiyacım olmayıb. Düşünürlər ki, ancaq gərək hakimiyyəti söyəsən, elə müxalifət olasan”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2019, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-10-2019, 16:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:19
Bu gün, 10:17
Bu gün, 09:00
Bu gün, 08:30
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto