reklam
Regionxeberlericom.az » Gündəm » Talıbovun zamanında haqqı tapdalananların ümidi doğrulmadı... İTTİHAM

reklam

Talıbovun zamanında haqqı tapdalananların ümidi doğrulmadı... İTTİHAM




















İşdən sonra Naxçıvan şəhərində sevgilisi ilə əl-ələ gəzdiyinə görə Daxili Qoşunlardan qovulan MAXE İsa Vəliyev dörd ildən artıqdır ki, hüquqlarının bərpa olunması üçün mübarizə aparır. Naxçıvandakı siyasi dəyişiklikdən sonra işinə bərpa olunacağını düşünən İsa Vəliyevin bu gümanı da özünü doğrultmayıb. Bu yaxınlarda müraciət etdiyi yeni rəhbərlik də onu „milli-mənəvi dəyərləri“ pozmaqda günahlandırıb və əvvəlki qərarı qüvvədə saxlayıb.

Keçmiş hərbçinin atası İlyas Vəliyev „Gündəlik Naxçıvan“a bildirir ki, 2019-cu ildə Naxçıvan DİN Daxili Qoşunlarına işə qəbul olunan oğlu 6 ay sonra xidmətdən qovulub:

„2020-ci il fevralın 4-də oğlum işdən sonra sevdiyi qızla Naxçıvan şəhərində görüşüb. Həmin vaxt nazirliyin şəhərdə patrulluq edən 7-ci bölmə əməkdaşları bunları görüb, izləyiblər. Gənclər əl-ələ tutan kimi yaxınlaşıb, oğlumu əxlaqsızlıq etmək adı ilə tutub aparıblar. Sonra 156-cı maddə ilə, xidmətə uyğunsuzluq adı qoyub, işdən çıxarıblar. O vaxt hara şikayət etsək də xeyri olmadı. Naxçıvanda rəhbərlik dəyişəndə yenə müraciət etdik, sevindik ki, haqq öz yerini tapacaq. Lakin, bizə dedilər ki, o vaxt düz edib çıxarıblar“.

Şərur rayon sakini İlyas Vəliyev aidiyyatı qurumlara müraciət edərək, oğlunun işə bərpa olunmasında yardımçı olmalarını istəyir:

“Subay bir oğlanın istirahət vaxtlarında öz sevdiyi qız ilə görüşməsi nə vaxtdan qanun pozuntusu olub. İki gənc görüşmədən necə evlənə bilər? Bunlar hamısı bəhanədir. O vaxt oğlumu çıxarıb, rüşvətlə başqasını onun yerinə götürüblər. Dörd ildir müraciət etmədiyimiz yer qalmayıb. Xahiş edirəm, indi bizim səsimizi eşidəsiniz”.




Paylaş:


Müəllif : Tarix:
27-03-2024, 12:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər