reklam
Regionxeberlericom.az » Gündəm » “Onlar mənim çox gənc göründüyümü düşünür” – Bayden müayinə olundu

reklam

“Onlar mənim çox gənc göründüyümü düşünür” – Bayden müayinə olundu


















ABŞ Prezidenti Co Bayden Merilend ştatındakı “Uolter Rid” Mərkəzində tibbi müayinədən keçib.

Xarici KİV xəbər verir ki, 2,5 saat davam edən müayinədən sonra prezident tibbi müayinənin yeni heç nə göstərmədiyini bildirib.

“Xeyr, keçən illə müqayisədə heç nə dəyişməyib. Onlar mənim çox gənc göründüyümü düşünür”, - Bayden jurnalistin sualına zarafatla cavab verib.

Qeyd edək ki, 2023-cü ilin fevralında prezidenti müalicə edən həkim Kevin O'Konnorun tibbi müayinənin nəticələrinə əsasən rəyi dərc olunub. Sənəddən bəlli olur ki, Baydenin səhhəti ona heç bir məhdudiyyət olmadan dövlət başçısı vəzifəsini icra etməyə imkan verir.

Həmçinin qeyd edək ki, fevralın 26-da “Fox News” xəbər verib ki, ABŞ Nümayəndələr Palatasının üzvü Ken Bak Baydenin prezident vəzifəsini yerinə yetirmək qabiliyyətinə dair şübhələri səbəbindən vəzifəsindən uzaqlaşdırılmağa çağırır. 81 yaşı olan demokrat Bayden ictimai çıxışlarında tez-tez müxtəlif şifahi kobud səhvlər edir. Respublikaçılar bundan dövlət başçısının əqli və fiziki qabiliyyətlərini şübhə altına almaq üçün istifadə edir.




Paylaş:


Müəllif : Tarix:
29-02-2024, 08:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər