reklam
Regionxeberlericom.az » Gündəm » Putindən Baydenin təhqirinə cavab gəldi - Video

reklam

Putindən Baydenin təhqirinə cavab gəldi - Video

















Rusiya Prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Co Baydenin onun ünvanına işlətdiyi təhqiramiz ifadələrə cavab verib.

Bu barədə Putin “Rossiya-1” telekanalına müsahibəsi zamanı deyib:

“Biz sizinlə bu barədə danışmışdıq. Siz məndən ABŞ-nin gələcək prezidenti kimi kimə üstünlük verdiyimi soruşmuşdunuz.

Mən isə, bizə fərqi yoxdur demişdim. Lakin, Rusiya üçün daha yaxın olan Baydendir demişdim. Onun son açıqlamaları mənim nə qədər haqlı olduğumu bir daha sübut etdi. Bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə “Volodya, afərin! sağ ol. Sən mənə çox kömək etdin” deyə bilməz.

Mən o vaxt dediyimi yenə təkrar edə bilərəm: Bayden ən yaxşı seçimdir”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə, Baydenin sözlərini “Boğazdan yuxarı işlədilən ifadə” adlandırıb.

O, bildirib ki, ABŞ kimi böyük bir dövlətin başçısı bu cür sözlər işlətdiyi üçün utanmalıdır.

“Deyə bilərəm ki, ABŞ rəhbərinin ağzından çıxan bu cür boş bəyanatlar çətin ki, başqa dövlətin başçısını, xüsusən də cənab Putini incitsin.

Amma bu, ölkənin özü, ABŞ üçün böyük biabırçılıqdır. Əgər belə bir ölkənin prezidenti belə dildən istifadə edirsə,utanmalıdır”, - Peskov bildirib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini təhqir edib.

Bayden Rusiya liderinə qarşı “dəli it oğlu” ifadəsini işlədib.










Paylaş:


Müəllif : Tarix:
22-02-2024, 22:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər