“SİRAB” VƏ “BADAMLI”nın TALEYİ NECƏ OLACAQ? -Vasif Talıbova milyonlar qazandıran şirkətlər əlindən alına bilər
Məşhur “Badamlı” və “Sirab” sularını istehsal edən müəssisələrin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova məxsus olduğu heç kimə sirr deyil. Zatən bütün böyük biznes strukturları, ümumilikdə dövlət və özəl sektoru Talıbovun və ailə üzvlərinin total nəzarətində olan muxtar respublikada “Sirab” və “Badamlı” kimi iri və yüksək gəlirli müəssisələrin başqa bir adamın əlində olmasını təsəvvür etmək belə mümkün deyil...
Lakin istisna etmək omaz ki, V.Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsilə birgə böyük bizneslərini, ən azından onların bir hissəsini də itirə bilər. Bu baxımdan “Sirab” və “Badamlı”nın gələcək taleyi maraq doğurur. Təxmini hesablamalar göstərir ki, bu şirkətlərin gündəlik içməli su satışı yüzlərlə, bəlkə də minlərlə tonla ölçülür. Azərbaycanda nəinki paytaxtda və iri şəhərlərdə, ən ucqar kəndlərdə belə bu şirkətlərə aid suların satışı təşkil olunub. Qiyməti də kifayət qədər yüksəkdir.
Mövcud satış qiymətlərinə baxsaq, görərik ki, bu mineral suların satış qiyməti az qala dünya bazarındakı neftin qiymətilə eynidir. Nəzərə alsaq ki, neftdən fərqli olaraq, suyun istehsalı dəfələrlə daha rahat və ucuz başa gəlir, deməli, onun hər litrinin satışından əldə olunan qazanc da daha çoxdur.
Onu da qeyd edək ki, bu suların təkcə Azərbaycanda deyil, xarici, xüsusilə də qonşu ölkələrdə də satışı təşkil olunub. Məlumat üçün bildirək ki, “Badamlı” sularını istehsal edən müəssisə 2004-cü ildə Talıbovlara aid “Gəmiqaya Mineral Sular” MMC şirkəti tərəfindən özəlləşdirilib. “Sirab” sularını istehsal edən müəssisə isə 2003-cü ildə “Babək-Sirab” ASC-yə çevrilib. “Badamlı” və “Sirab” sularının ölkədəki topdan və pərakəndə satışını da Talıbovlara məxsus “Gəmiqaya Mineral Sular” MMC həyata keçirir.
Məlum məsələdir ki, “Badamlı” və “Sirab” suları təkcə Naxçıvan deyil, bütünlükdə bir Azərbaycan brendidir. Onun mənbəyi isə Azərbaycana məxsus olan təbii sərvətimizdir. Neft və təbii qaz necə milli sərvətimizdirsə, “Badamlı” və “Sirab” da o cür milli sərvətdir. Ona görə də, ondan əldə olunan qazancın hansısa talançı məmurun cibinə axması yolverilməzdir.

Odur ki, lazım gələrsə, bu yataqları və oradakı istehsalı milliləşdirmək və dövlətin nəzarətinə vermək olar. Ən azından “Badamlı” və “Sirab” sularının Naxçıvanı və Azərbaycanın dövlət büdcəsini talamış Talıbovun nəzarətində qalması və bundan sonra da ona milyonlarla qazanc gətirməsi ədalətsizliyin davam etməsi demək olardı... “Azpolitika”
Paylaş:
Müəllif : Fuad
Tarix:28-12-2022, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə