Sabirabadda yeniyetmə qız ərə verilib? - Video + Açıqlama
Sabirabadda 15 yaşlı qıza toy mərasimi keçirilməsi ilə bağlı iddialar və görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, məlumatı Saleh Nəsirov adlı instaqram istifadəçisi izləyicisinə istinadla səhifəsində yayıb.
Bildirilib ki, toy mərasimi 22.07.2022-ci il tarixində “Cavad” şadlıq sarayında olub. Bəyin rayonun Yeniləkənd kəndindən olduğu, qızın isə adının isə Şüsriyyə olduğu deyilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a açıqlamasında keçirilən məclislə bağlı məlumatlı olduqlarını deyiblər:
“Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunub. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-07-2022, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT