reklam
Regionxeberlericom.az » Gündəm » 15 milyon funt-sterlinq vəsaiti Azərbaycandan çıxarmaq üçün vergi ödəmisinizmi? - FEYZİYEV CAVAB VERSİN...

reklam

15 milyon funt-sterlinq vəsaiti Azərbaycandan çıxarmaq üçün vergi ödəmisinizmi? - FEYZİYEV CAVAB VERSİN...













Deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5.6 milyon funt-sterlinq vəsaitin London məhkəməsində müsadirəsi məsələsi gündəmdədir. Cavanşir Feyziyev London Magistrat məhkəməsinin hökmündən sonra olayla bağlı müsahibə verərək məlumatı təsdiqləsə də, sonradan sosial şəbəkə hesabından yeni bir açıqlama yayıb. Cavanşir Feyziyev Azərbaycanda tanınan jurnalistlərin, baş redaktorların adını çəkərək təhqir edib. Bu məsələyə Azərbaycan mətbuatının və ictimaiyyətinin reaksiyasından sonra deputat məlum statusunu silib.

Hazırda onun təhqir etdiyi media mənsubları məhkəməyə təqdim etmək üçün sənədləri toplayırlar. Məsələnin bu şəkildə ictimailəşməsindən sonra Cavanşir Feyziyev mətbuatdan kənar gəzməyə üstünlük verir. Telefon zənglərinə cavab vermir. Bu baxımdan onun votsapdakı hesabına sorğu yollayıb ölkədən çıxarılan 15 milyon funt-sterlinq vəsait, mətbuat nümayəndələrindən üzr istəməsi və digər suallara aydınlıq gətirməsini xahiş etdik.

Həmin sorğunu təqdim edirik:

Hörmətli Cavanşir müəllim!

Mətbuata verdiyiniz məlum açıqlamanızda təsdiq edirsiniz ki, London məhkəməsi 15 milyon funt-sterlinq vəsaitdən 5.6 milyon funt-sterlinqin Böyük Britaniyaya köçürülmə mexanizmi aydın olmadığından müsadirə edib. İctimai şəxs, deputat olduğunuzdan bu məsələ dünya mediasının, Azərbaycan ictimaiyyətinin və mətbuatının diqqət mərkəzindədir. London məhkəməsinin çıxardığı hökmlə bağlı daha obyektiv, dürüst məqalənin hazırlanması üçün bəzi suallara aydınlıq gətirilməsinə zərurət var.

Bununla əlaqədar olaraq, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aşağıdakı məlumatların mənə təqdim olunmasını xahiş edirik:

London məhkəməsində sərəncamınızda olan 5.6 milyon funt-sterlinq vəsaitin müsadirəsi ilə bağlı dünyada tanınan KİV-lə yazılar dərc etdi. Siz həmin KİV-lərə söz demədən Azərbaycanda tanınan baş redaktorlar, əməkdar jurnalistlər barəsində sosial şəbəkədəki hesabınızda status yazıb barələrində təhqiredici ifadələr işlətdiniz. Bu hərəkətinizə görə Azərbaycanlı media nümayəndələrindən üzr istəyəcəksizmi?

Həmin statusu yazıb sonradan sosial şəbəkədəki hesabınızdan silməkdə məqsədiniz nə idi?

31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi sizə məxsus 5,6 milyon funt-sterlinq vəsaitin qanuni yolla əldə olunmasını şübhə altına alaraq müsadirə edib. Həmin məbləği və sizə qaytarılan 10 milyon funt-sterlinqi ölkədən nə vaxt çıxarmısız?

Azərbaycan jurnalistlərinə hücum çəkmənizin və onları hədəf seçmənizin səbəbi nədir?

Ümumiyyətlə, adını çəkdiyiniz Azərbaycan jurnalistlərindən tələbiniz nə idi?

Həmkarınız Eldəniz Səlimov bir polis əməkdaşını təhqir etdi və cəzalandırıldı. Sizin də eyni şəkildə cəzalandırılmanız üçün əsaslar ortalıqdadır. Xanım jurnalistlər də daxil, media mənsublarının ünvanına “agent”, “şərəfsiz” kimi ifadələr işlətmisiniz. Təhqir etdiyiniz 18 jurnalist sizin həbsinizi tələb edir. Məhkəməyə hazırsınızmı?

London məhkəməsinin müsadirə etdiyi və həbsdən azad etdiyi məbləği Azərbaycandan necə, hansı adla, hansı yolla çıxarmısız?

15 milyon funt-sterlinq vəsaiti Azərbaycandan çıxarmaq üçün vergi ödəmisinizmi?

Azərbaycandan Böyük Britaniyaya köçürdüyünüz 15 milyon funt-sterlinqin vergisi nə qədər idi?

Həmin məbləği Azərbaycanda biznesə yatırmamağınız ölkədəki biznes mühitinə, maliyyə sabitliyinə, kapitalın təhlükəsizliyinə zəmanət olmaması ilə əlaqəlidirmi, yoxsa başqa səbəblər olub?

Deputat Cavanşir Feyziyevin sorğuya verəcəyi cavabı da təqdim edəcəyik.

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
10-02-2022, 09:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər