Adil Vəliyevin buralardan xəbəri yoxdur... - GİLEY
“Hələ yağışlar yağmır, amma görürsüz, hər yer palçıqdır. Yağış yağanda ətraf gölməçələrlə dolur. Neftin çirkabı da bir tərəfdən, yol keçilməz olur. Payızda-qışda avtobus dayanacağınadək rezin çəkmə geyinirik. Dayanacaqda ayaqqabımızı dəyişirik”. Bunu Bakının Ramana qəsəbəsində neft buruqları ətrafında yaşayanlardan biri -Arif Səmədov deyir. Onun sözlərinə görə, artıq 18 ildir bu ərazidə yaşayır. Arifin problemlərinin nə vaxtsa həllini tapacağına ümidi qalmayıb.
Uzun illərdir Ramana ərazisindəki torpaqlardan neft çıxır. Son on ilədək neft buruqlarının ətrafında yüzlərlə ev tikilib, buruqlar da fəaliyyətdədir, mancanaqlar dayanmadan işləyir.
Ərazidəki evlərdə yaşayan uşaqlar neft, mazut gölməçələrinin ətrafında oynayırlar. Məhəllə sakinləri palçıqlı ayaqqabılarını elə bu gölməçələrin suyu ilə təmizləyirlər.
Arif Səmədovun həyat yoldaşı Nigar deyir ki, övladları yaxınlıqdaki 78 saylı orta məktəbdə oxuyurlar. Hər gün mazut gölməçələrinin içərisindən keçməklə uşaqlarını məktəbə aparır: “Doğrudur, koronavirusa görə hazırda məktəblər bağlıdır. Amma həmişə ayaqqabılarını uşaqların çantalarına qoyuram ki, məktəbə çatanda dəyişsinlər. Çünki məktəbə çirkli ayaqqablar ilə buraxmırlar”.
Paytaxtın Ramana, Suraxanı, Balaxanı, Sabunçu ərazilərində buruqların arasında torpaq sahələri digər ərazilərə nisbətən olduqca ucuzdur. İş tapmaq ümidi ilə Bakıya gələnlər, yaxud illərlə kirayədə yaşayanlar əlacsızlıqdan buralarda yurd salıblar.
Kirayə yaşamaqdansa bu ərazidən torpaq alıb ev tikiblər. Evlərinin demək olar ki, tam əksəriyyəti sənədsizdir.
Sakinlərdən Afət Məmmədova isə deyir ki, 6 yaşlı oğlu astma xəstəsidir. Buna görə də, evlərini dəyər-dəyməzə satmaq istəyir. Amma hələlik bu qiymətə digər ərazilərdən ev tapa bilmir.
Sakinlərin sözlərinə görə, son 2-3 ilə qədər yola daş-çınqıl töküblər. İndi ümumiyyətlə, bu ərazidə yaşayanlar yada düşmür.
Qəsəbə sakinlərinin problemləri yalnız yolla bitmir. Mazut gölməçələrinin kəskin iyi magistral yola qədər davam edir. Üstəlik yüzlərlə sakinin yaşadığı məhəllələrdə zibil qutuları yoxdur. Zibil küçələrə yığılır, bəzən elə gölməçələrin içərisinə atılır. Sakinlər deyirlər ki, zibil qutuları ilə bağlı bir neçə dəfə müraciət ediblər. Şikayətlərdən sonra əraziyə zibil qutuları qoyulub, amma maraqlıdır ki, bir neçə gündən sonra zibil qutuları elə müəmmalı şəkildə də yoxa çıxıb.
“Biz burdan ev alanda buruqlardan gələn radiasiyadan xəbərdardıq. Amma kənardan demək asandır, kasıblığın üzü qara olsun, kirayəyə pul çatdırıb verə bilmirdik, başqa əlacımız yoxdur”,- sakinlərdən biri deyir.
Ərazidəki evlərin köçürülməsi məsələsinə gəldikdə isə hələlik yaxın gələcəkdə köçürülmə planda yoxdur.

Paylaş:
Müəllif : Yazar
Tarix:27-10-2020, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-10-2020, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:30
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04
3-09-2025, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT