13 ildə bircə yaxşı işi olmayıb... - Qusarlılar müraciət yaydı...
Qusarda sahibkarların qənimi kimi tanınan rayon icra hakimiyyətinin başçısı Şair Alxasovdan DİA.AZ-a şikayət ünvanlanıb. Redaksiyamıza yazan narazı vətəndaşlar iddia edirlər ki, 2007-ci ildən Qusara rəhbərlik edən yoldaş Alxasov yerli sakinlərə yoldaş olmaq yox, yağı kəsildi...
Sakinlər dia.az-a yazırlar: "Qusar RİHB-sı Şair Alxasov başçı təyin edilən vaxtdan 13 il keçməsinə baxmayaraq, Qusar rayonunda abadlıq-quruculuq işləri ilə məşğul olmamış, rayon vətəndaşları ilə təvəzökar davranmamış, rayonun işsiz əhalisinin işlə təmin edilməsi məqsədilə rayona investisiya cəlb edə bilməmiş, rayonda mövcud parklarda, uşaqların istirahət-əyləncə üçün ayrilmış torpaq sahələrdə, hətta qəbristanlıq torpaqlarında kommersiya təyinatlı obyektlərin tikintisinə razılıq vermiş, rayonda mövcud strateji torpaq sahələri özünə yaxın, öz qohum-qardaşların adlarına özəlləşdirməyə müvəffəq olmuş, mövcud meşə fondunun torpaqlarını qanunsuz satılmasına göz yummuş, Azərbaycan Respublikasının prezdenti, hörmətli İlham Əliyev cənabları tərəfindən ünvanlı olaraq Qusar rayonun abadlaşdırılması məqsədilə buraxılmış milyonlarla vəsaiti səmərəli xərcləməmiş, hətta, yeyinti hallarına yol verməklə, qanunsuz olaraq kommersiya fəaliyyəti ilə məşğul olmaqla, öz biznesinin həcminin genişləndirilməsi ilə məşğul olmuşdur.
Amma buna baxmayaraq, heç bir dövlət qurumu Qusardan edilən şikayətlərə adekvat reaksiya verməmişdir ki, bu da nəhayətdə Şair Alxasovun öz qanunsuz əməllərini davam etdirməsinə yol açmışdır.
Biz Qusar sakinləri dia.az saytı vasitəsilə hörmətli cənab Prezidentimiz İlham Əliyevə müraciət edir və ondan xahiş edirik ki, Qusar rayonuna həqiqətən də bu camaata gün ağlaya biləcək bir başçı təyin edilməsinə göstəriş verilsin. Cənab Prezident! Biz Qusar camaatı olaraq hər zaman Sizin siyasətinizi dəstəkləmiş və inanmışıq ki, nəhayətdə günlərin birində həqiqətən də qusarlılara gün ağlayacaq bir şəxsi rayonumuzda rəhbər görə biləcəyik. Amma ilərdir ki, ümidlərimiz puç olur, artıq Alxasova dözəcək səbrimiz qalmayıb..."
Paylaş:
Müəllif : Yazar
Tarix:28-08-2020, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-08-2020, 12:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25
1-09-2025, 08:20
31-08-2025, 14:13

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video