"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə araşdırılmış əsas məsələlərdən biri nazirlikdəki yüksək vəzifəli şəxslərlə müxtəlif şirkətlər arasındakı qanunsuz razılaşmalar olub. Araşdırmalar zamanı üzə çıxıb ki, məhz belə razılaşmalar nəticəsində onmilyonlarla büdcə vəsaiti mənimsənilib.
Milyonlarla vəsaitin mənimsənilməsində vasitəçilik edən ən əsas şirkətlərdən biri "Azersun Holding” olub. Bu şirkətlə nazirlik arasındakı müqavilələrdən 5 il ərzində 20 milyona yaxın "otkat” alındığı və dövlət büdcəsinə iri miqyasda ziyan vurulduğu iddia edilir. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində ortaya çıxıb.
İttihama əsasən, Müdafiə Nazirliyinə və tabe qurumlara (hərbi hissələr, Ali Hərbi Məktəb, hərbi hospital və s.) ərzaq məhsulları, avadanlıqlar, tibbi ləvazimatlar və s. alınması, müxtəlif xidmətlərin göstərilməsi üçün şirkətlər müqavilə bağlanıb. Əvvəldən razılaşdırılmış şirkətlər tenderlərdə qalib elan olunub, mal-məhsulların alınması, xidmətlərin göstərilməsi üçün onlarla müqavilə bağlanıb. Müqavilələrdə qiymətlər şişirdilmiş şəkildə göstərilib. Nazirlikdən şirkətlərin hesabına müqavilədə göstərilən məbləğ köçürülüb. Əvvəlcədən razılaşmaya əsasən, şirkət şişirdilmiş hissəni – köçürülmüş artıq vəsaiti sonradan geri qaytarıb. Bu yolla da illərlə büdcə talanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, ölkədə ən böyük şirkətlərdən biri, qida istehsalı və satışı ilə məşğul olan "Azersun Holding” də büdcədən onmilyonlarla manatın yeyintisində məhz bu formada iştirak edib.
Cinayət işində bunu təsdiqləyən sənədlər, çoxsaylı ifadələr var. 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbsdə olan şəxslər də bu haqda danışıblar.
Eyni zamanda, "Azersun”un əməkdaşı da istintaqa cəlb olunaraq dindirilib və o, baş verənləri etiraf edib. O, təsdiqləyib ki, öncədən "otkat” razılaşmaları olub və həmin razılaşmaya uyğun da işləyiblər.
Bu faktlar yetərlidir ki, "Azersun”un əməkdaşı ilə bağlı da həbs qərarı çıxarılsın. amma nədənsə belə bir addım atılmayıb və atılmır da. Hər halda, burada şübhələnis məqamlar yetərincədir.
Məsələ diqqətimizdədir...(Dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:14-07-2025, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC