“İzmir” restoranı rəhbərliyi qanunları heçə sayır: Sakinlər şikayətçidir-Video

Bakının Yasamal rayonunda yerləşən İzmir parkının ətrafındakı binada yaşayan sakinlər restoran terrasından yüksələn səslər, canlı musiqi və manqal tüstüsünün onların normal həyatına mane olduğundan şikayətlənirlər.
Sakinlər iddia edirlər ki, bütün səylərinə baxmayaraq, restoranın fəaliyyəti ilə bağlı ciddi dəyişiklik olmayıb.
Ərazidə keçirilən ekoloji monitorinqlər də sakinlərin narahatlığının əsaslı olduğunu ortaya qoyub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan ölçmələr zamanı atmosferə atılan zərərli qazın miqdarı normandan 2 dəfədən çox, səs-küy isə 70.4 desibel səviyyəsində qeydə alınıb. Bu isə qanunla müəyyən edilmiş normaları xeyli aşır.
Sakinlər bildirirlər ki, hətta ötən il Yasamal Rayon Məhkəməsi restoranın saat 23:00-dan sonra musiqi səsləndirməsini qadağan edib və ümumi səs səviyyəsinin 60 desibeli keçməməsi tələbini qoyub. İddialara görə, indi bu tələb də pozulur.
“Xəzər Xəbər” olaraq restoranla əlaqə yaratmağa çalışdıq, lakin qarşı tərəf məsələyə münasibət bildirməkdən imtina etdi. Sakinlər isə mübarizəni hüquqi müstəvidə davam etdirəcəklərini bildirdilər.
O da məlum oldu ki, İzmir restoranının fəaliyyəti ilə bağlı son araşdırmanın nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Qurumdanbildirildi ki, restoranın fəaliyyəti zamanı havaya atılan zərərli qazlar və yüksək səs səviyyəsi norma xaricindədir. Bu səbəbdən həmin restorana cərimə tətbiq olunması üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırıq verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-07-2025, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC