“Necə yəni, axı ona maşın da almışam...”
“Ən çox güzəştə getdiyim bilirsiz nə olub?! Düzünü danışmaq lazımdır. Görürsən ki, tələbədir, təqaüdə ehtiyacı var. Qayda belədir də, imtahanda 91 və ondan yuxarı bal yığan tələbə yüksək təqaüd alır. Nümunə gətirdiyim isə 89-90 bal alıb. Yəni 1 balı çatmır. 5 ballıq sistemdə 4-5 almaq ayrı şeydir, 100 ballıq sistemdə 90-la 91-in arasında o qədər fərq yoxdur. Komissiya yaradırdım, deyirdim ki, o tələbəyə kömək edin”.
Bu sözləri RTV-yə müsahibəsində BDU-nin sabiq rektoru Abel Məhərrəmov deyib.
O, kəsiri olan tələbənin valideyni ilə bağlı üzləşdiyi maraqlı hadisəni danışıb:
“Yenicə rektor təyin olunanda Boloniya sisteminə qoşulmuşduq. Valideynlərin hamısı sovet sistemində oxuyublar, gənclər isə Boloniya sistemində. Biri gəlib deyir ki, hörmətli rektor, 4 il keçib, siz uşağı kəsrə görə diplomunu saxlamısınız və deyirsiniz ki, yenə oxumalıdır. Deyirəm, kəsrləri qalıb, oxumalıdır. Deyir, necə yəni, axı ona maşın da almışam. Deyirəm, niyə maşın almısan? "Uşağım mənə deyir ki, mən 25 bal, 49 bal, 50 bal almışam. Mən 5 ballıq sistemdə oxuyanda heç 4-5 ala bilmirdim, o isə 25 bal.
Sovet sistemində 5 ballıq idi, indi isə 100 ballıqdır. Gərək 51-dən yuxarı bal yığasan. Uşaq gedib valideynini çaşdırıb. Deyirəm, a kişi, bunun 6 fənndən kəsiri qalıb.
Ona görə mən uzun illər valideynlərə məktub yazanda həm 5 ballı sistemdə göstərirdim, həm də 100 ballıq sistemdə. Bir müddətdən sonra valideynlər buna öyrəşdi. Əlbəttə, vəzifədə olan adama müraciətlər olur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-06-2025, 14:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC