reklam
Regionxeberlericom.az » Gündəm » Türkiyədə güclü zəlzələ - 1 ölü, 69 yaralı

reklam

Türkiyədə güclü zəlzələ - 1 ölü, 69 yaralı
















Türkiyənin Muğla şəhərinin Marmaris bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Marmarisdən 10,43 km məsafədə - Aralıq dənizində qeydə alınıb. 

Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələ İzmir, Antalya və bir çox vilayətdə hiss olunub.

***

“TRT Haber”in məlumatına görə,  Muğla valisi İdris Akbıyık baş vermiş güclü zəlzələ zamanı 11 nəfərin yaralandığını açıqlayıb.

“Hündürlükdən tullanma və panik atak nəticəsində 11 yaralımız var”, - deyə Akbıyık qeyd edib.

Onun sözlərinə görə, hər hansı dağıntı olmayıb.

***

Muğla valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.





Paylaş:


Müəllif : Tarix:
3-06-2025, 08:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər