reklam
Regionxeberlericom.az » Gündəm » Türkiyədə güclü zəlzələ: 35 yaralı var - Video

reklam

Türkiyədə güclü zəlzələ: 35 yaralı var - Video

















Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması İdarəsi (AFAD) saat 04:08-də (Bakı vaxtı ilə 05:08) Düzce vilayətində 5,9 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Qurumdan, zəlzələnin Düzce ilə yanaşı İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Bilecik, Bursa və İzmirdə də hiss olunduğu bildirilib.

Qeyd olunub ki, təbii fəlakət zamanı həyəcanlanan 63 yaşlı bir qadın infarkt keçirərək dünyasını dəyişib.

Yerli vaxtla saat 04:30-da episentri Düzcenin Çilimli rayonu olan 4,7 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Çilimli rayonunda zəlzələ 8 kilometr dərinlikdə baş verib.

 “Düzcenin Gölyaka bölgəsində baş verən zəlzələdən sonra 18 yeraltı təkan baş verib. Nəzarət məqsədilə bölgədə elektrik enerjisinin kəsilməsi tətbiq edilir. Zəlzələdən sonra 4,5 və 5 bal gücündə afterşoklar gözlənilə bilər. Əgər ciddi zədələnmiş, çatlamış binalar varsa, vətəndaşlar onlardan uzaq durmalıdırlar”, - deyə AFAD-dan bildirilib.

Səhiyyə naziri Fahrettin Koca xəsarət alanlar barədə məlumat verib.

“Yaralıların sayı 35-dir - Düzcedə 32, İstanbulda 1, Boluda 1, Zonquldakda 1. Yaralıların səhiyyə müəssisələrimizdə müalicəsi davam edir”, - F. Koca bildirib.

Zəlzələ səbəbilə Düzce, Bolu və Sakarya vilayətlərində təhsil müəssisələrində bir günlük tətil elan olunub.





Paylaş:


Müəllif : Tarix:
23-11-2022, 09:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər