Rusiyaya gedənlər əvvəldən “geridönüş depoziti” qoysun – Təklif
Rusiya Dövlət Dumasının "Novsye lyudi" fraksiyasının deputatları əmək miqrantlarının ölkəyə daxil olarkən qanun pozuntusu halında deportasiya xərclərini qarşılayacaq depozit qoymasını təklif ediblər.
TASS xəbər verir ki, onlar bu təşəbbüslə daxili işlər naziri Vladimir Kolokoltsevə məktub ünvanlayıblar.
Təklifə əsasən, ölkəyə daxil olan hər bir əmək miqrantı "geridönüş bileti" prinsipinə uyğun olaraq depozit qoymalıdır. Bu depozit miqrantın qanun pozduğu halda onun deportasiya prosesinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.
Məktubun müəllifləri arasında Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov və fraksiya rəhbərinin müavini Sardan Avksentyeva yer alıb. Onların fikrincə, bu sistem dövlət büdcəsinə düşən maliyyə yükünü azaltmaqla yanaşı, miqrasiya siyasətinin səmərəliliyini də artıracaq.
Parlament üzvləri qeyd ediblər ki, 2024-cü ildə yalnız deportasiya məqsədilə federal büdcədən 1 milyard rubldan artıq vəsait xərclənib.
Hazırda bu təşəbbüs müzakirə mərhələsindədir və hüquqi mexanizmləri formalaşdırmaq üçün əlavə təhlil və rəylər gözlənilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-05-2025, 14:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə