reklam
Regionxeberlericom.az » Gündəm » Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA

reklam

Adil Vəliyevin yola salınmasına az qalıb... - İDDİA


Bildiyimiz kimi, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyeva bu il iki dəfə — mayın 21-də və sentyabr ayının 13-də paytaxtın Sabunçu rayonunun 6 min nəfər əhalinin yaşadığı Kürdəxanı qəsəbəsində olub. Hər iki hadisə barədə KİV məlumat verib. Mehriban xanım birinci səfərində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəlib və məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib. Məlumatda bildirilirdi ki, mayın 21-də Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar. Qeyd olunurdu ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci Vitse-Prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər: «Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirdi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci Vitse-Prezidentinə minnətdarlıq ediblər. Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib». Məsələnin pərdəarxası, amma Kürdəxanı qəsəbəsində uşaqdan-böyüyə az qala hamının bildiyi tərəfi bundan ibarətdir ki, Kürdəxanı sakini Telman Əliyevin ailəsinin üzvü olan ağbirçək ana Mir Mövsüm Ağa ziarətgahında olarkən, Mehriban Əliyevanın orada olduğunu bilcək, birinci xanıma yaxınlaşmaq üçün cəhd edib. Mühafizə xidməti məlum səbəbdən əvvəlcə ona mane olmağa çalışıb. Lakin, bu zaman yaranan səs-küy vitse-prezidentin diqqətini çəkdiyindən, onun razılığı ilə görüşləri baş tutub. Deyilənə görə, ağbirçək ana Sabunçu RİH başçısı Adil Vəliyevin rayonda və qəsəbədə satmadığı torpaq qalmadığını, Kürdəxanıda yolların və məktəbin vəziyyətinin qeyri-qənaətbəxş olduğunu deyib və şahid olması üçün öz evinə qonaq çağırıb. Bu üzdən Birinci vitse-Prezidentin Kürdəxanıya birinci səfəri qəfil baş tutduğundan, rayon rəhbərliyi üçün bir növ gözlənilməz olub. Bununla belə, mayın 21-də hadisə barədə qəsəbə icra nümayəndəsindən xəbər tutan Adil Vəliyev başının dəstəsi ilə birlikdə təngnəfəs özünü Kürdəxanıya — Tofiqgilə çatdırıb. Birinci Vitse-Prezidentdən qəsəbədaxili yolları asfaltlamaq, qəsəbədə park inşa etmək tapşırığı alan Adil Vəliyev dərhal üzərinə götürdüyü işlərin icrasına başlayıb. Sentyabrın 13-də Mehriban Əliyeva Kürdəxanıya ikinci dəfə səfər edəndə rayon rəhbəri onu yeni salınmış parkla tanış edib. Amma asfalt döşəndiyi barədə məruzə etdiyi qəsəbədaxili yolların heç də hamısını göstərməyib. Çünki, vitse-prezidentin bu tapşırığı tam yerinə yetirilməyibmiş. Asfalt döşənməmiş küçələrdəki evlərdə yaşayan təxminən 50 nəfərlik bir qrup sakin isə üz tutub Rayon İcra Hakimiyyətinə. Onlara deyiblər ki, bu işlə RİH məşğul olmur. Hətta deyilənə görə, İH-nin mənsublarından kimsə onlara məsləhət görüb ki, diqqəti çəkmək üçün yolu bağlasınlar. Sakinlərin verdikləri məlumatın izi ilə həmin vaxt Sabunçu RİH-nə yollanan çəkiliş qrupumuza rəsmi reportaj aparmağa icazə verilməsə də, əməkdaşlarımız bəzi məqamları video-qeydə ala biliblər. RİH-nin şöbə müdirlərindən biri camaatı sakitləşdirib, başçını məlumatlandıracağını, onların istəklərini çatdıracağını, bu barədə «Azəravtoyol» Dövlət Agentliyinə RİH başçısının adından məktub yazılmasına nail olacağını vəd edib. Lakin, sakinlər israr edirmişlər ki, başçı onların istəklərini ifadə edən məktubu öz adından məhz Prezidentə ünvanlasın. Məlum olub ki, Kürdəxanı sakinləri «Azəravtoyol» Dövlət Agentliində də olublar. Agentlik sədrinin müavinlərindən biri onlara deyib ki, Sabunçu İcra Hakimiyyətinin məktubu yetərli deyil, Agentliyin qəsəbədaxili yollarda işi davam etdirməsi üçün gərək ölkə başçısının göstərişi olsun. İndi iki qurum arasında naçar qalan sakinlər bu qənaətdədirlər ki, yəqin, dava pul davasıdır, RİH də, Agentlik də bu təyinat üzrə əlavə maliyyə vəsaiti ayrılmasına nail olmaq istəyirlər, ona görə də məsuliyyəti bir-birinin üzərinə atırlar. Xatırladaq ki, Sabunçu RİH-nin başçısı Adil Vəliyevin ümumən rayonda və Kürdəxanı qəsəbəsi ərazisində torpaq sahələrini sot-ba-sot satması barədə indiyədək çox deyilib, çox yazılıb. «Dəryaz» qəzeti icra başçısının hətta sözügedən qəsəbədə yerləşən hərbi hissəyə aid ərazinin də satılaraq obyektaltı istifadəyə verilməsinə göz yumduğu barədə məqalələr dərc etmişdir. Ola bilsin, Birinci Vitse-Prezidentin qəsəbə sakinləri ilə məhrəm görüşündə ona bu barədə də məlumat verilmişdir. Əgər belədirsə, hesab etmək olar ki, Adil Vəliyevin icra başçısı kimi karyerasının sonuna sayılı günlər qalır. //deryaz.az//


Paylaş:


Müəllif : Tarix:
17-10-2019, 12:28
Sikayət   


loading...
Загрузка...