Xankəndidə yeni gərginlik: - Vardanyan ilə Arutyunyan arasında qarşıdurma yaranıb

“Xankəndi şəhərində ikitirəlik müşahidə olunur. Araik Arutyunyan və Vitali Balasanyan hərbi cinayətkar olsa da, yerli adamlardır. Amma bunlardan fərqli olaraq, Ruben Vardanyan Xankəndiyə siyasi oyunbazlıq üçün gəlib. Sabah Vardanyan nəinki İrəvana, heç Moskvaya da deyil, istənilən ölkəyə gedə bilər. Mən əminəm ki, onun Fransada, ABŞ-da və başqa yerlərdə yaşaması üçün icazəsi var. Əgər getsə, ona kim nə deyəcək? Düşünürəm ki, Vardanyan Xankəndi şəhərindəki oyunbazlığı ilə iki-üç problemini həll etməyə çalışır”.
Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan ərazilərindəki separatçı ermənilər arasındakı fikir ayrılıqlarından danışarkən deyib.
R. Musabəyovun fikrincə, Moskavadan Qarabağa gəlmiş R. Vardanyanın bir məqsədi Qərbin Ukraynadakı müharibə səbəbindən Rusiya vətəndaşları olan milyarderlərə tətbiq etdiyi sanksiyalardan yayınmaqdır. Çünki o, oğurluqla məşğul olub.
R. Musabəyov iddia edir ki, Rusiyadakı oğurluq pulların çoxu R. Vardanyanın əlindən keçib və onun vasitəsilə ovşor zonalarda yuyulub. “Xüsusi missiya” ilə Rusiyadan Qarabağa gəlmiş R. Vardanyan ehtiyat edir ki, indi bu cinayətlərinə görə cəzalandırıla, sanksiyaya məruz qala bilər. “Odur ki, Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndi şəhərinə gəlib və özünü qəhrəman kimi təqdim etmək istəyir. Xankəndiyə gəlməklə həm də Qərbin sanksiyalarından qorunmağa çalışır”,- R. Musabəyov əlavə edib.
Milli Məclis üzvü düşünür ki, R. Vardanyan Xankəndi şəhərində uğur qazanacağı təqdirdə İrəvana gedərək prezident və ya baş nazir olmaq istəyir.
R. Musabəyov bildirib ki, Qarabağ və Qarabağdakı ermənilər R. Vardanyan üçün bəlkə də 20-ci məsələdir: “Lazım gəldikdə “Uf” demədən Qarabağdakı erməniləri yadından çıxaracaq. Amma cinayətkar olmaları öz yerində, həm də Balasanyan ilə Arutyunyan Qarabağda yerlidirlər, yəni orada yaşayırlar. Sözsüz ki, onların məsələlərə baxışları da fərqlidir”.
R. Musabəyov sonda qeyd edib ki, R. Vardanyanın Qarabağdakı fəaliyyətinin Ermənistanın baş naziri N. Paşinyanın və Xankəndidəki cinayətkarların başçısı A. Arutyunyanın xoşuna gəldiyini düşünmür. Əslində Vardanyanın Xankəndidə uğursuzluğa düçar olması hər iki şəxsi çox məmnun edərdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2022, 17:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT