Cənubi Koreya Şimali Koreyanın sınaqlarına cavab olaraq iki raket buraxıb

Cənubi Koreya hərbçiləri amerikalı həmkarları ilə birlikdə çərşənbə günü Şimali Koreyanın növbəti raket sınağına cavab olaraq iki raket buraxıb.
Bu barədə Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.
Bildirilir ki, buraxılan raketlərdən biri Cənubi Koreyanın “Hyeonmu-2”, ikincisi isə Amerikanın ATACMS taktiki raket sisteminin raketi olub. Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, bu, KXDR tərəfindən “sonrakı təxribatların” qarşısını almaq üçün ABŞ və Cənubi Koreyanın birləşmiş silahlı qüvvələrinin “hücum qabiliyyətinin” nümayişi hesab oluna bilər. Raket atışlarının dəqiq başlama vaxtı barədə məlumat verilmir.
Eyni zamanda Cənubi Koreya prezidenti ABŞ-la əməkdaşlıq çərçivəsində Şimali Koreyanın raket atışlarına cavab olaraq müdafiəni gücləndirməyi əmr edib, həmçinin Pxenyana qarşı beynəlxalq sanksiyaların həyata keçirilməsinə çağırıb.
Xatırladaq ki, mayın 25-də səhər saatlarında KXDR Yaponiya dənizinə doğru üç ballistik raket atıb, onların hamısı yerli vaxtla təxminən 6.00, 6.37 və 6.42 radələrində Sunan bölgəsindən həyata keçirilib.
Mənbə: RİA Novosti
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2022, 12:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə