reklam
Regionxeberlericom.az » Dünya » Rusiya və Ukraynanın müharibədəki itkiləri - Siyahı

reklam

Rusiya və Ukraynanın müharibədəki itkiləri - Siyahı
















“Rusiya Silahlı Qüvvələri hərbi əməliyyata başlayandan bu günə qədər Ukraynaya məxsus 140 təyyarəni vurub”.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, fevralın 24-dən bu günə qədər Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə məxsus 487 pilotsuz uçuş aparatı, 252 zenit-raket kompleksi, 2353 tank və digər zirehli döyüş maşını, 256 reaktiv yaylım atəşi sistemi, eləcə də 2208 xüsusi hərbi avtomobil texnikasını sıradan çıxarıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da öz növbəsində Rusiyanın itkilərini açıqlayıb.

Məlumata görə, ümumilikdə Ukraynada 20 800 rusiyalı hərbçi zərərsizləşdirilib: “Fevralın 24-dən aprelin 19-na qədər Rusiyaya məxsus 802 tank, 2063 zirehli döyüş maşını, 386 artilleriya sistemi, 132 reaktiv yaylım atəşi sistemi, 67 hava hücumundan müdafiə sistemi, 169 təyyarə, 150 vertolyot, 1495 avtomobil texnikası, 8 gəmi/qayıq, 158 PUA sıradan çıxarılıb”.




Paylaş:


Müəllif : Tarix:
19-04-2022, 12:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər