Nigeriyada qəbilə dəhşəti: 23 nəfər öldürüldü
Nigeriyanın Benue ştatında baş verən silahlı hücumlar nəticəsində azı 23 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Kwande bölgəsinin yerli rəsmisi Dr. Rey Anumve yerli mətbuata açıqlamasında bildirib ki, heyvandarlıqla məşğul olan Fulani qəbiləsinə mənsub çobanlar Kwande bölgəsindəki kəndlərə hücum ediblər.
Anumvenin sözlərinə görə, hücumlar zamanı aralarında uşaqların da olduğu 23 nəfər həyatını itirib, xeyli insan isə yaralanıb. Eyni zamanda, çoxlu sayda evin yandırıldığını və kəndlilərin ərzaqlarının silahlı şəxslər tərəfindən talan edildiyini bildirib.
Qeyd edək ki, Benue ştatında heyvandarlıqla məşğul olan Fulani qəbiləsi ilə əkinçiliklə məşğul olan digər qəbilələr arasında zaman-zaman gərginlik və silahlı qarşıdurmalar yaşanır. Aprel ayında bu bölgədə baş verən oxşar hücumlar nəticəsində təxminən 100 nəfər həyatını itirmişdi.
Fulanilər mal-qarasını otarmaq üçün ölkənin müxtəlif bölgələrinə köç edərkən, bəzən yerli əhali ilə qarşıdurmalar yaşanır. Onlar fermerlərin heyvanlarını oğurlamağa çalışdığını və hücum etdiyini iddia edir. Silahlı dəstələr isə bu gərginlikdən istifadə edərək bölgədə hücumlar təşkil edir və yerli əhalini qorxu altında saxlayır./BAKU.WS
Paylaş:
Müəllif : Fuad
Tarix:12-05-2025, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu - TƏFƏRRÜAT

Saatlıda narkotik tərkibli bitkilərin gizli yetişdirildiyi tunel AŞKARLANDI - VİDEO