reklam
Regionxeberlericom.az » Dünya » İtaliya prezidenti xəstəxanaya yerləşdirildi

reklam

İtaliya prezidenti xəstəxanaya yerləşdirildi


















İtaliya Prezidenti Sercio Mattarella Romada xəstəxanaya yerləşdirilib. Ona ürəyin fəaliyyət ritmini tənzimləyən cihaz (kardiostimulyator) qoşmağa hazırlaşırlar.

Bu barədə "Corriere della Sera" nəşri məlumat verib.

Kvirinal sarayından bildirilib ki, xəstəxanaya yerləşdirmə planlı olub və əməliyyat narahatlıq doğurmur.

Xatırladaq ki, Sercio Mattarellanın 83 yaşı var. O, 2015 və 2022-ci illərdə prezident seçilib. Mattarella İtaliya tarixində iki dəfə seçilməyə müvəffəq olan ikinci prezidentdir.

Onun özü yenidən seçilməyin əleyhinə olsa da, partiyalar alternativ namizədlə bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən keçmiş baş nazir Silvio Berluskoni namizədliyini geri götürüb.

İtaliya prezidenti nümayəndəlik funksiyasını yerinə yetirir, konstitusiyanın və milli birliyin təminatçısı hesab olunur.




Paylaş:


Müəllif : Tarix:
16-04-2025, 12:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər